Q.Çjou: Yeniliklərimiz olacaq

Alfa Romeo komandasının sürücüsü Quanyu Çjou bildirib ki, növbəti yarışlar üçün yenilikləri olacaq.

F-1.az xatırladır ki, Alfa Romeo komandası bu il iki yarışdan xalla ayrılıb. Lakin italyanlar ilk 5 yarışda qeyri-stabil qrafik göstəriblər. Onlar hələ də gözləntiləri qarşılaya bilmirlər və öndəki komandalarla fərq keçənilki ilə eynidir.

Çjou bu il yeganə xallarını Avstraliyada qazanıb. Lakin uğurların davamlı olması üçün Alfa Romeo İmolaya yeniliklərlə gələcək.

Quanyu Çjou: “İndi yeni bir paket hazırlayırıq. Yeni aerodinamik paketin yaxşı işləməsini ümid edirəm. Bir neçə saniyə qazanmalıyıq. Komandanın bu yeniliklərə çox ehtiyacı var. Yarış tempimizi artırmaq üçün bunları etməliyik.

Temp cəhətdən bolidimiz istədiyimiz yerdə deyil. Bütün bu sahələrdə inkişaf etməliyik, çünki mübarizə yaxındır və trasların xüsusiyyətinə görə həmişə geriyə düşə bilərik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*