Q.Çjou: İnamımız itməyib

Alfa Romeo komandasının sürücüsü Quanyu Çjou bildirib ki, özlərinə olan inamı itməyib.

F-1.az xatırladır ki, çinli sürücü ilk iki yarışdan sonra xal qazana bilməyib.

Quanyu Çjou: “Bəhreyndə göstərdiyimiz güclü performansdan sonra Ciddədən daha yaxşı nəticə gözləyirdik. Məyus olsaq da, özümüzə olan inamımız itməyib. Melburnda yenə yüksək səviyyədə mübarizə aparacağıq. Xal almaq üçün nə edəcəyimizi bilirik və bəzi detalları test edəcəyik. Əminik ki, yaxşı həftəsonu keçirəcəyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*