M.Ferstappenin şassisi dəyişdirilib

Red Bull komandası sonuncu sərbəst yürüşlərdən əvvəl Ferstappenin şassisini dəyişdirib.

F-1.az xatırladır ki, hollandiyalı sürücü cümə sərbəst yürüşlərində lider Həmiltondan 0.8 saniyə geri qalıb. Komanda FİA-ya ikinci sərbəst yürüşlərdən sonra şassini dəyişdirəcəyini bildirib. Komanda bu işi görərkən bütün qaydalara riayət edib və FİA-ya lazımi açıqlamanı verib.

Red Bull boliddə problem olduğunu cümə günündən əvvəl bilib. “Qırmızı öküzlər” yanacaq çəni ilə bağlı problem yaşayıblar. Amma birinci sərbəst yürüşlərdən əvvəl vaxt olmadığı üçün dəyişiklik etmək mümkün olmayıb. Şassini dəyişmək çəni dəyişməkdən asan olduğu üçün komanda bu yolu seçib.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*