Alfa Romeo Haas ilə anlaşacaq?

Alfa Romeo şirkəti Sauber ilə yollarını ayırsa da, Haas ilə yolda davam etmək istəyir.

F-1.az xatırladır ki, italyanlar mövsümün sonunda Sauber ilə yollarını ayıracaq. Tərəflər bir-birlərindən razı olsalar da, Audi şirkətinin Sauber-i satın alması ilə Alfa Romeo bu tərəfdaşlığı bitirməli olub.

İtaliyalı istehsalçı alternativləri dəyərləndirsə də, sonda Formula1-də qalmağa və Hass ilə yola davam etməyə qərar verib.

Şirkətin rəhbərləri may ayında Monako Qran Prisi vaxtı Günter Ştaynerlə görüşüb, ortaqlığı dəyərləndirmişdi. Haas daha əvvəl titul sponsoru istəmədiyini demişdi, amma ortaqlığa razı olduğunu əlavə etmişdi.

Britaniya mətbuatının dediyinə görə Ferrari motorları Alfa Romeo olaraq markalanacaq və komandanın rəsmi adı artıq Moneygram Haas – Ferrari yox, Moneygram Haas – Alfa Romeo olacaq.

Daha əvvəl Red Bull komandası da bu yola əl atmışdı. 2016-cı ildə Renault-nun güc qurğularını Tag-Heuer olaraq markalamışdılar. 2021-ci ildə Renault marketinq strategiyası edərək, komandanın adını Renault-dan Alpine-ə dəyişmişdi.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*