A.Covinatsi: “Sauber artıq motivasiyalıdır”

Alfa Romeo komandasının sürücüsü Antonio Covinatsi bildirib ki, Sauber son iki ildə çox inkişaf edib.

F-1.az xatırladır ki, italiyalı sürücü 2017-ci ilin ilk iki yarışında Sauber komandasında çıxış etmiş və xal toplaya bilməmişdi. Lakin İsveçrə komandası 2019-cu ildən etibarən Alfa Romeo Racing adlanmağa başlayıb və sürücü heyətinə Dünya Çempionu titulu qazanmış Kimi Rəykkönen qatılıb.

Antonio Covinatsi: “Komanda və işçilər 2017-ci ildəki kimidir. Tək dəyişən addır. Lakin komanda iki il əvvələ nisbətən daha motivasiyalıdır. Keçən ildən bəri yaxşı nəticələr alıblar və bu, komanda üçün yaxşıdır. Rəykkönen kimi Dünya Çempionu olmuş sürücü var. Bu da motivasiyanı yüksəldən amildir. Həm komandanın, həm mənim əsas hədəfim bolidi təkmilləşdirməkdir. Testlərdən çoxlu məlumat toplamağa çalışacağıq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*