Q.Çjou: Virtual təhlükəsizlik maşını işimi çətinləşdirdi

Alfa Romeo komandasının sürücüsü Quanyu Çjou bildirib ki, virtual təhlükəsizlik maşını işini çətinləşdirib.

F-1.az xatırladır ki, çinli sürücü mövsümün ilk yarışı Bəhreyndə xalsız qalıb.

Quanyu Çjou: “İlk dövrədən sonra pis vəziyyətdə idik. Hamıda DRS açıq olduğu üçün ötmə edə bilmədim və arxada ilişib qaldım. Bundan başqa virtual təhlükəsizlik maşınında da bəxtim gətirmədi, çünki ondan qısa müddət əvvəl Soft təkərə keçmişdim. Əlimdən heç nə gəlmirdi.

Yenə də bolidimizin potensialını göstərdik. Əminəm ki, növbəti yarışlarda daha güclü olacağıq. Çətin başlanğıcdan sonra Valtterinin xal qazanması gözəl oldu. Məncə, mövsümə yaxşı başladıq. Mübarizəyə davam edəcəyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*