Pirelli təkərlərin markalanmasını dəyişəcək

Bu il Pirelli şirkəti təkərlərin rəngli markalanmasından istifadə edir, amma bu cür fərqləndirmə yalnız yaxın məsafədən aşkar görünür, uzaq kameradan […]

Bu il Pirelli şirkəti təkərlərin rəngli markalanmasından istifadə edir, amma bu cür fərqləndirmə yalnız yaxın məsafədən aşkar görünür, uzaq kameradan və ya tribunalardan konkret sürücüdə hansı təkərin olmasını seçmək çox çətindir.

Bu gün FOTA-nın azarkeşlərlə Milanda görüşü zamanı Pirelli Motorsport-un başçısı Pol Hembri bildirib ki, şirkətin mövsümün yekunlarından nəticə çıxaracaq və gələn il markalanma daha aşkar görünəcək.

Bundan başqa şirkət tərkiblər arasındakı sürət fərqinin də azalmasına çalışır – biz artıq yazmışdıq ki, gələn ildən hazırkı Hard tərkibindən yarışlarda istifadə olunmayacaq, test olunan yeni Soft tərkibi isə digər tərkiblərlə sürət fərqini azaldacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*