Pirelli-nin test sürücüləri: X.Algersuari və L.di Qrassi

İspaniyalı sürücü Xayme Algersuari və braziliyalı sürücü Lukas di Qrassi 2012-ci ildə Pirelli-nin test sürücüləri olacaqlar – bu barədə şirkətin […]

İspaniyalı sürücü Xayme Algersuari və braziliyalı sürücü Lukas di Qrassi 2012-ci ildə Pirelli-nin test sürücüləri olacaqlar – bu barədə şirkətin mətbuat xidməti bildirib.

Sürücülər Lotus komandasının Pirelli-yə təqdim etdiyi 2010-cu ildə çempionatda iştirak edən Renault R30 şassisinin sükanı arxasında işləyəcəklər. Bu il təkər testləri Xeres, Spa, Monsa və Barselona avtodromlarında keçiriləcək. Testlərdə Pirelli-nin mütəxəssisləri gələn mövsüm üçün nəzərdə tutulmuş tərkiblərin yoxlanmasını reallaşdıracaqlar. Bununla yanaşı test proqramına cari mövsümdə istifadə olunan təkərlərin modernizəsi də daxildir.

Xayme Algersuari: “Mən çox şadam ki, mənə belə bir gözəl imkan nəsib olub. Bir həftə əvəl mənim cəmi 22 yaşım tamam oldu və Pirelli mənə ən yaxşı hədiyyəni təqdim etdi. Mən səbirsizliklə çox vacib, məsuliyyətli və çətin yeni işimə başlamağı gözləyirəm. Əlbəttə, Formula1 maşınının sükanı arxasına qayıtmaq da istəyirəm. Əminəm ki, Pirelli-nin bu təklifi mənim üçün əla şansdır.”

Lukas di Qrassi: “Əlbəttə, Pirelli ilə məhsuldar əməkdaşlığı davam etdirməyə çox şadam. Bu mənim üçün keçən il başladığım işi davam etdirməyə yaxşı imkandır, həm də mən keçənilki və builki tərkibləri də müqayisə edə bilərəm.”

Pol Hembri, Pirelli Motorsport: “Bizim məqsədimiz Formula1 yarışlarınının baxımlılığını artırmaqdır, ona görə də bu il bizimlə iki çox sürətli və istedadlı sürücü işləyəcək.

Lukas yeni təkərləri müqayisə edə biləcək, Xayme isə son üç ildə qazandığı yarış təcrübəsini bizimlə bölüşəcək. Biz sürücülərdən bütün növ testlərdə istifadə edəcəyik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*