Pirelli Bəhreyn testlərini başa vurub

Pirelli Bəhreyndə beşgünlük testlərini başa vurub. Pedro de la Rosa və Roman Qrojan üç min kilometr məsafə qət ediblər… Beləliklə, […]

Pirelli Bəhreyndə beşgünlük testlərini başa vurub. Pedro de la Rosa və Roman Qrojan üç min kilometr məsafə qət ediblər…

Beləliklə, İtaliya şirkətinin builki şəxsi testlərinin ümumi məsafəsi 10 min km-i keçib (noyabrda Abu Dabidə komandalarla keçirilmiş testlər nəzərə alınmır). Əgər Avropa traslarında işin gedişinə yağış müdaxilə etmişdisə, Bəhreyndə təkər istehsalçıları qum fırtınası üzündə proqramalrını bir neçə dəfə kəsməli olublar. Növbəti dəfə istehsalçılar işə 9-10 yanvarda qayıdacaqlar – yeni ilin ilk testləri Bəhreyndə keçiriləcək, 15-18 yanvarda isə Abu Dabidə testlər davam edəcək. Fevral ayında Pirelli komandalarla ümumi test proqramına başlayacaq.

Pol Hembri, Pirelli-nin idman proqramlarının başçısı: “Dünyanın müxtəlif traslarında sizə hava şəraiti mane ola bilər, çünki hər bir region üçün konkret hava şəraiti xarakterikdir, amma Formula1-də çox şey şəraitə uyğunlaşmaqdan asılıdır.

Biz əvvəldən planlaşdırdığımızdan çox işləməli olduq. Biz quru asfalt üçün bütün tərkibləri yoxladıq və bu gün avqustda Mücellodakı ilk testlərdən sonra beş ay vaxt keçməsinə baxmayaraq, biz böyük nəticələr əldə etmişik.

Biz iki sürücü ilə işləyirdik, onların rəylərini müqayisə edirdik və testlərin sonunda onalrın müsbət şərhləri bizim uğurlardan xəbər verir. Amma hələ çox iş görməliyik, lakin indi biz inamla yeni mövsümü gözləyə bilərik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*