15 Dekabr 2019, Bazar - 14:16

M.Şumaherin qayıtması həkimlərin rəyindən asılıdır

M.Şumaherin qayıtması həkimlərin rəyindən asılıdır

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

08:30 - 06 Avqust, 2009

Mixael Şumaherin mətbuat katibi Sabina Kem bu gün jurnalistlərə bir daha xatırladıb ki, yeddiqat dünya çempionunun Formula1-ə qayıtması qərarı tibbi […]

Mixael Şumaherin mətbuat katibi Sabina Kem bu gün jurnalistlərə bir daha xatırladıb ki, yeddiqat dünya çempionunun Formula1-ə qayıtması qərarı tibbi müayinədən sonra qəbul olunacaq. Fevral ayında Mixael İspaniyanın Kartaxen trasında motosikletin testi zamanı yıxılarkən zədələnmişdi, həmin zədənin nəticələri hələ də özünü göstərməkdədir…

Sabina Kem: “Boynundakı zədənin problemləri hələ getməyib, hər şey tibbi testlərdən asılı olacaq, yalnız bunlardan sonra məlum olacaq ki,Mixael yarışlarda iştirak edə bilər. Bu normaldır, biz əvvəldən bilirdik ki, həkimlərin rəyi lazım olacaq. Mixael bütün diqqətini məşqlərə yönəldib, amma o insandır və biz əmin olmalıyıq ki, onun səhhəti qaydasındadır.”

Tibbi müayinənin tarixi müəyyənləşdirilməyib, amma məlumdur ki, gələn həftə olmalıdır…

Mixael Şumaherin bioqrafiyasını yazmış Ceyms Allen İTV kanalında keçmiş iş yoldaşlarına vəziyyəti şərh edib: “Boynundakı və belindəki zədələrin tarixi əslində 2005-ci ildə başlamışdı, bu zədələr sürmə stilini dəyişməklə yanaşı, həm də Mixaelin yarışlara hazırlaşması zamanı çox vacib olan fiziki məşqlərin həcmini azaltmağa səbəb olmuşdu. O zaman məhz bu zədələr onun istefasının səbəblərindən biri olmuşdu.

Bu ilin əvvəlində aldığı boyun zədəsi gündəlik yüklənmələrə tab gətirəcək dərəcəyədək stabilləşdirilib, amma Valensiyada və bir həftə sonra Spada yarışmaq onun üçün çox ciddi çağırışdır, amma həkimlər bu yüklənmələrə razı olmaya bilərlər.”

Mixael isə öz növbəsində intensiv məşq proqramı üzrə hazırlığını davam etdirir. Bu gün səhər o İtaliyanın Lonato kartodromunda Tony Kart komandası və Ferrari-nin test sürücüsü Luka Badoyerlə məşq keçib…

Mixael Şumaher: “Kartinq əla məşqdir, sükana yeklənmələr Formula1-də olduğundan yüksəkdir, isti hava isə Valensiyanı xatırladır. Mənə Luka Badoyer kömək edirdi, bu gün biz bir daha yada saldıq ki, kartinq həmişə yaxşıdır.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 267
Teqlər
Paylaş

logo