Pilləli burunlar gələn il yox ola bilər

FİA-nın yarış direktoru Çarli Uaytinq işarə edib ki, gələn mövsüm Formula1 maşınlarınının burun hissəsindəki “pillə”lər yoxa çıxa bilər. Estetik baxımdan […]

FİA-nın yarış direktoru Çarli Uaytinq işarə edib ki, gələn mövsüm Formula1 maşınlarınının burun hissəsindəki “pillə”lər yoxa çıxa bilər. Estetik baxımdan mühəndislərin bu qərarının xoş təsir bağışlamaması Silverstounda Lyuis Həmilton tərəfindən bir daha Çarliyə bildirilib – Lyuis özünün McLaren MP4-27-sinin digər maşınlardan gözəl görünməsini önə çəkib…

Lyuis Həmilton: “Bizim maşının xarici görünüşünün digər maşınlarla müqayisə edin – onlar fərqlənirlər. Burun elementinin iki versiyası arasında ciddi fərq var, ona görə də komandalar mövcud olan konstruksiyaya cari mövsümdə dəyişiklik edə bilməyəcəklər.”

Braziliyanın O Estado de Sao Paulo qəzetinin müxbiri Livio Orixio Çarli Uaytinqin sözlərini manşetə çıxarıb, Çarli açıq-aydın bildirib ki, FİA qaydalarda dəyişiklik üzərində işləyir və bu dəyişikliklərdən sonra 2013-cü ildə burun üzərində “pillə”lər yoxa çıxacaq: “FİA azarkeşlərin builki maşınların xarici görünüşündən narazılığını başa düşür…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*