P.de la Rosa Pirelli-nin test sürücüsü qalacaq

2011-ci ildə Pedro de la Rosa Pirelli-nin test sürücüsü qalacaq. 39 yaşlı ispaniyalı sürücü keçən ilin payızında Sauber komandasında yerini […]

2011-ci ildə Pedro de la Rosa Pirelli-nin test sürücüsü qalacaq. 39 yaşlı ispaniyalı sürücü keçən ilin payızında Sauber komandasında yerini itirdikdən sonra şirkətə cəlb olunmuşdu. Qarşıda görüləsi işlər çoxdur, ona görə də Pedro yenə sükan arxasına keçəcək…

Pol Hembri, Pirelli-nin idman proqramlarının başçısı: “Bəli, Pedro bizimlə qalacaq, əlbəttə, əgər başqa komanda ilə müqavilə bağlamasa. Amma Formula1-dəki vəziyyətə baxsaq, bunun azehtimallı olmasını görərik, ona görə də biz onunla əməkdaşlığımızı davam etdirməyə şadıq. İstisna deyil ki, Pedro bizim digər proqramlarda da çalışacaq. Biz əvvəlki kimi GT yarışlarında çıxış edirik və çox güman ki, bu istiqaməti genişləndirəcəyik. Pedro əla sürücüdür və biz onun işindən çox razıyıq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*