X.Pablo Montoya: “Şumaxerlə Həmiltonun müqayisəsi doğru olmaz”

Sabiq Formula1 pilotu Xuan Pablo Montoya bildirib ki, Mixael Şumaxer ilə Xuan Pablo Montoyanı müqayisə etmək doğru olmaz.

F-1.az xatırladır ki, Lyuis Həmilton son illərdəki uğurlu çıxışı ilə Şumaxerin əksər rekordlarını qırıb. Britaniyalı sürücü yalnız qələbə və Dünya Çempionluğu sayında əfsanəvi Mixaeldən geri qalır. Lakin Lyuis 2020-ci ildə yeddiqat Dünya Çempionunun bu rekordlarını yeniləyə bilər.

Xuan Pablo Montoya: “Məncə, hər insan özü kimi olmalıdır. Müqayisə doğru olmaz. Mixael əfsanəvi idi və Lyuis də inanılmaz işlər görür. Neçə dəfə çempion olursa-olsun, bu, dəyişməyəcək. Bəs Formula1 dəyişdiyi zaman əvvəlki kimi motivasiyalı olacaq? Bu, milyon dollarlıq sualdır. Əgər Mercedes ona yaxşı maşın versə, güclü performans göstərməyə davam edəcək. Əgər xoşbəxtdirsə, həmişə güclü olacaq. O, həmişə doğru zamanda doğru yerdə olub.

Mixael də elə idi. Ferrari-yə gedərkən risk aldı. Düzdür, uğur qazanmaq üçün vaxt lazım oldu, ancaq bir neçə ildən sonra yarışların hegemonu oldular. Bu il Mercedes çox güclü olacaq və Lyuis yeddinci dəfə çempion ola bilər”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*