V.Bottas: “Həmilton inanılmaz dövrə vurdu”

Mercedes komandasının sürücüsü Valtteri Bottas bildirib ki, komanda yoldaşı Lyuis Həmilton mükəmməl bir dövrə vurub.

F-1.az xatırladır ki, britaniyalı sürücü 1:11.459 zaman nəticəsi ilə karyerasının 65-ci poulunu qazanaraq, idealı olan Ayrton Sennaya bu statistikada çatıb. Valtteri Bottas komansa yoldaşının bu zaman nəticəsindən 0.7 saniyə geri qalıb.

Valtteri Bottas: “Burada hər şey gözlədiyimiz kimi çox sıx idi. Lyuis inanılmaz bir dövrə vurdu. Mən sıralanmanın son sessiyasında bacardığım qədər sürətli olmağa çalışdım, lakin buna görə tras xaricinə çıxdım və dövrəmi təkmilləşdirə bilmədim.

Sıralanmanın birinci və ikinci sessiyalarında bolid çox yaxşı idi. Nəticədən razıyam. Start vacib olacaq. Orada yaxşı iş görməliyəm. Heyif ki, sıralanmada pis çıxış etdim.

Yarış tempində çox güclü görünürük. Ferrari ilə təkər-təkərə mübarizə gözləyirəm. Ümid edirəm ki, yaxşı nəticə alarıq”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*