S.Fettel Mercedes iddialarına gülüb

Sebastyan Fettel Kristian Hornerin "Fettel Mercedes-ə gedə bilər" açıqlamasına gülərək qarşılıq verib...

F-1.az xatırladır ki, Sebastyan Fettel keçən il Ferrari-yə transfer olunmuşdu və ilk mövsümündə 3 qələbə qazanmışdı. Amma Fettel bu mövsüm uğursuz çıxış edir və hələ də qalib gələ bilməyib. Eyni zamanda turnir cədvəlində komanda yoldaşı Rəykkönendən geridə qalır.

Horner bu günlərdə verdiyi müsahibədə bildirmişdi ki, Fettel təzyiq altında yarışmağı sevmir və 2018-ci ildə Mercedes-ə transfer oluna bilər. Macarıstanda Fetteldən bu barədə soruşublar. Almaniyalı sürücü bu iddialara gülüb və belə cavab verib: “Hamının həmişə sizdən daha çox şey bildiyini görmək çox qəribədir. Biz bilirik ki, istədiyimiz yerdə deyilik, amma doğru istiqamətdə inkişaf edirik və işləməyə davam edəcəyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*