P.de la Rosa: “Mənim karyeram hələ qurtarmayıb”

Pedro de la Rosa uzun illər Barselonada yaşayıb, amma 2007-ci ilin yanvarında ispaniyalı sürücü kolleqalarının ardınca İsveçrəyə, Sürixə köçüb. McLaren-in […]

Pedro de la Rosa uzun illər Barselonada yaşayıb, amma 2007-ci ilin yanvarında ispaniyalı sürücü kolleqalarının ardınca İsveçrəyə, Sürixə köçüb. McLaren-in Britaniyada yerləşən bazasına və test traslarına getmək bir qədər çətinləşsə də, vergi güzəştləri və daha sakit həyat tərzi bu çətinlikləri kompensə edirdi, bu ildən isə vəziyyət yaxşılığa doğru dəyişib – Pedro Sauber komandası ilə müqavilə bağlayıb, Sürixdən Hinvildəki baza isə çox yaxındır…

Pedro de la Rosa: “Məsələ təkcə vergidə deyil – daha güzəştli yerlər var. Biz şəhər basabasından, hay-küyündən uzaqlaşmaq istəyirdik, 2006-cı ilin dekabrında Mariya (Pedronun həyat yoldaşı) Cenevrə və Sürixdə oldu, daha sakit həyat tərzini böyük şəhərin infrastukturu ilə birləşdirən ikinci variantı seçdi.

Mən əvvəlki kimi almanca pis danışıram, bir neçə söz bilirəm, amma qızlarım ideal danışırlar və biz şəhərə çıxanda problem yaranmır, həm də Mariya alman dili dərslərinə gedir.

Mövsümün əvvəlində bir neçə yarış adaptasiyaya lazım gələcək, amma üç Qran Pridən sonra mən mütəmədi olaraq xal qazana bilməsəm çox məyus olacam. Mən Abu Dabi Qran Prisi günlərində Peter Zauberə zəng etmişdim, mən hiss edirdim ki, mənim Formula1 sürücüsü karyeram hələ qurtarmayıb və Peter mənə ümid verdi.”

Pedro de la Rosanın karyerası 1999-cu ildə Arrows-da başlayıb, ilk yarışında xal qazanan sürücü iki ildən sonra Jaguar komandasına keçib, daha sonra isə McLaren-lə test sürücü müqaviləsi bağlayan Pedro ümumilkdə 353 test günü keçirib – bu Formula1 tarixində beşinci göstəricidir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*