Yarış oktyabrın 4-ə planlaşdırılıb və onun Malayziyaya köçürülməsi Yaxın Şərq ölkələrindəki mürəkkəb siyasi vəziyyətlə əlaqədar məcburi tədbirdir. FİA-nın, həmçinin Bəhreyn və Malayziya hökumətlərinin səyləri sayəsində bu Qran Prinin Formula1-in uzunmüddətli pərəstişkarlarına da yaxşı tanış olan bir avtodromda keçirilməsi barədə razılıq əldə olunub.
Builki çempionatının iştirakçıları arasında Malayziyada hazırda Aston Martin-də üçün çıxış edən hər iki sürücü – Fernando Alonso və Ləns Stroll, həmçinin Niko Hülkenberq, Esteban Okon, Pyer Qasli, Valtteri Bottas, Serxio Peres, Karlos Sayns və Maks Ferstappen yarışıblar. Maks Ferstappen isə bu yarışın sonuncu dəfə keçirildiyi 2017-ci ildə qalibi olmuşdu.
Oktyabrın ilk bazar günü yarış yerli vaxtla saat 15:00-da start götürəcək, Bakı vaxtı ilə isə bu səhər saat 11-ə düşür. Bu barədə məlumat əvvəllər Avropa mətbuatında da yayılmışdı, lakin indi rəsmi olaraq təsdiqlənib.





