Mövsümün əvvəlində Bəhreyndəki mərhələ hərbi əməliyyatlar səbəbindən ləğv edilmişdi; sonra vəziyyət stabilləşmiş və ona Bakı ilə Sinqapur yarışları arasına nəzərdə tutulmuş 2 oktyabr tarixi ayrılmışdı, lakin indi yenidən qeyri-müəyyənlik yaranıb və Formula1 alternativlər axtarmağa məcburdur.
Bəhreyn Qran Prisinin taleyi ilə bağlı qərar yaxın günlərdə verilə bilər – elə bu həftəsonu Ümumdünya Avtoİdmanı Şurası ilin əvvəlində təxirə salınmış Yaxın Şərqdəki WEC mərhələlərinin keçirilməsi barədə qərar verəcək.
Bəhreynə əvəz tapmaq logistika problemlərinə görə çətindir. Öz mənbələrinə istinadən The Race yazır ki, mərhələ Sepanqda keçirilə bilər – Sepanqdakı tras Sinqapura yaxın yerləşir və hava limanına yaxınlığı sayəsində tədbiri qısa müddətdə təşkil etmək mümkündür.
Mövsümün final yarışlarının Qətərdə və Əbu Dabidəki taleyi də hələ müəyyənləşməyib – onlar ləğv edilməyib, lakin Formula1-də əvəz axtarılır. Ən münasib variant kimi Portuqaliyanın Portimanda Las Veqas Qran Prisindən iki həftə sonra (dekabrın 6-da) yarışın keçirilməsi hesab edilir.





