Paddokda motorhoumlar olmayacaq

Koronavirus pandemiyasına görə bu mövsüm bir çox şey əvvəlki kimi olmayacaq ki, onlardan biri də motorhoumlarla bağlıdır. Komandalar onların əvəzinə çadırlardan istifadə edəcəklər.

F-1.az bildirir ki, işçi sayının azaldılması və maddi-texniki bazanın sadələşdirilməsi zəruriliyi komandaları görməyə alışdığımız rahat motorhoumları çadırlarla əvəzləməyə məcbur edir. Bunun nəticəsində, Avropa yarışlarındakı paddokların çox fərqli görünəcəklər.

Komandaların daha yaxşı və rahat şəraitdə olacaqları ehtimalı azdır, lakin az əməkdaş cəlb edə bildikləri bir vaxtda bu çadırların qurulması və sökülməsi daha asandır. İşçi sayının 80-ə salındığı və demək olar ki, hər həftə yarışların olacağı bir dövrdə motorhoum əlavə luks hesab olunur.

Bu çadırlar bir başa komandaların qarajlarının paddoka çıxışında qurulacaqlar və demək olar ki, motorhoumlarla eyni funksiyanı yerinə yetirəcəklər. Yarışlara lazımi avadanlıqları gətirən nəqliyyat vasitələri bu il bokslardan müəyyən məsafədə park ediləcəklər.

Mercedes-in logistika şöbəsinin rəhbəri Karl Fanzon da deyilənləri təsdiqləyib: “Formula1-lə razılığa gələrək yük maşınlarını bokslardan uzaqda saxlayacağıq və çadırlardan istifadə edəcəyik. Bu qərar qarajlarda işləmək üçün sahəni genişləndirəcək, sosial məsafənin qorunmasına kömək edəcək. Hamı rahat işləyə biləcək”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*