Force İndia-nın motorhomu yeni müştərisini gözləyir

2018-ci ildə həmin dövrdə çempionatda iştirak edən Sahara Force İndia komandası tərəfindən istifadə edilən motorhom eBay paltformasında satışdadır.

F-1.az xəbər verir ki, üç mərtəbəli asanlıqla sökülə bilən bina lazım olan hər şeylə təchiz edilib. İçərisində rahat yataq otaqları, geniş mətbəx, soyunub-geyinmə otaqları, duş və tualetli vanna otağı, panoramalı geniş qonaq otağı, bar, texniki işçilər və strateqlər üçün ofislər var.

Daşınma və montaj üçün beş yük maşını, dörd işçi və bir montaj kranı tələb olunur. Elan edilmiş qiymət 500 min avrodur. 2018-ci il mövsümü başlamazdan əvvəl o, Force İndia-ya 7,8 milyon avroya başa gəlib…

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*