P.Qasli: Stabil nəticələr vacibdir

Alpine komandasının sürücüsü Pyer Qasli bildirib ki, Barselonada daha yaxşı xallar qazanmaq istəyir.

F-1.az xatırladır ki, fransalı sürücü son iki yarışdan xallarla ayrılıb.

Pyer Qasli: “Monako yarışında komanda olaraq yaxşı nəticə qazandıq və performansımızdan çox razıyam. Yaxşı həftəsonu keçirdik. Sözün düzü cümə günündən sonra sıralanma turunda yaxşı performans göstərdim. Sıralanma turunun son sessiyasında yaxşı nəticə qazana bilmədiyim üçün məyus oldum. Start düzülüşündə daha yaxşı yerdə ola bilərdik.

Yarışda yeddinci olmaq əladır, amma daha yaxşısı mümkün idi. Hər yarışdan maksimum nəticə qazanmaq üçün komanda ilə birlikdə işləməyə davam edəcəyik. İndi isə İspaniya yarışınl səbirsizliklə gözləyirəm. Yenə də uğurlu nəticə qazanmağı hədəfləyirik.

Komanda ardıcıl iki yarışdır xallar qazanır. Fərqli tip traslarda rəqabətədavamlı olmaq gözəldir. Mühəndislər Kubokunda stabil nəticələr qazanmaq çox vacibdir. Buna görə də bütün sahələrdə əlimizdən gələni edəcəyik. Görüləsi işlərimiz var və hər yarış maşınla bağlı yeni şeylər öyrənirik. Bu həftəsonu daha çox xal qazanmaq istəyirəm və yarışı səbirsizliklə gözləyirəm. Hədəfimiz vacib xallar qazanmaqdır”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*