P.Qasli: Bakıda sazlanmalar fərqli olur

AlphaTauri komandasının sürücüsü Pyer Qasli bildirib ki, 2019-cu ildə göstərdikləri güclü performansa görə bolidə güvənir.

F-1.az xatırladır ki, fransalı sürücü bu il Bəhreyndən başqa bütün yarışlarda xal qazanıb.

Pyer Qasli: “Bakı bizim komanda üçün həmişə yaxşı tras olub. Daniil 2019-cu ildə burada sürətli idi. Bakı Şəhər Halqası qeyri-adi trasdır. Bolidin sazlanmaları da fərqli olur. Qala divarları tərəfdə porebrikləri götürüblər və buna görə də maraqlı olacaq.

Lakin bilirəm ki, Formula1-dən heç nə gözləmək olmaz. Çünki sürətli olduğunu düşünəndə həftəsonu çətin keçir. Lakin çətin olacağını düşünəndə hər şey qaydasında gedir. Görək nə olur”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*