P.Esparqaro: Honda mənimlə pul itirdi

Honda komandası ilə yollarını ayıran Pol Esparqaro bildirib ki, orada boş yerə vaxt itirib.

 

F-1.az xatırladır ki, ispaniyalı sürücü 2022-ci ildə çox problemlər yaşamış və sadəcə Qətərdəki yarışdan podiumla ayrılmışdı. Belə olan halda Pol mövsümü 16-cı yerdə bitirmişdi. Bununla da Honda komandasını tərk etmişdi.

Pol Esparqaro: “Honda düzgün işləmir, ancaq onlar bu yönü seçiblər. Onlara yön verə bilmərəm. Mən sadəcə sürücüyəm. Bunu qəbul etmək çətin olsa da, sonda yenə eyni şey təkrarlanır. Baza da, motosiklet də mənim deyil. Mən pulla işləyən sürücüyəm. Onlar nə desə, onu edirəm.

Belə şeydən xoşum gəlmir. Onlarla işlədiyim dövrdə həm vaxt itirdilər, həm də pul. İşlər fərqli yöndə getsə, həm yaxşı işləyə, həm də yaxşı nəticələr ala bilərdim”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*