O.Qrey F3-də yarışacaq

Williams Racing Academy-də təhsil alan Olli Qrey 2023-cü ildə Formula3-ə keçəcək və Carlin komandası üçün yarışacaq. O, keçən il bu komandanın tərkibində Britaniya F4 çempionatını 2 qələbə və 16 podiumla ikinci yerdə bitirib.

F-1.az xəbər verir ki, Qrey Williams ilə yaxından işləməyə davam edəcək – Qrouv təmsilçisi ona yarış bacarıqlarını təkmilləşdirməkdə kömək edəcək.

Olli Qrey: “Mən F3-ə keçdiyim üçün çox həyəcanlıyam və Williams Racing ilə də işləməyə davam edəcəyəm. Mürəkkəb problemləri həll etməliyəm, amma buna hazıram və çox yaxşı anlaşdığımız komanda ilə səmərəli işləməyə qərarlıyam. Williams Racing və Carlin-ə bir daha təşəkkür edirəm! 2023-cü ildə yüksək nəticələr üçün mübarizə aparmağa çalışacağam”.

Sven Smit, Williams Racing-in İdman Direktoru: “Olli Britaniya F4-də çox yaxşı mövsüm keçirdi və biz onun Carlin-in tərkibində F3-ə keçməyinin vaxtının çatdığını qərara aldıq. Olli yarış akademiyamızda tələbə kimi ilk mövsümündə  öz istedadını trasda göstərdi, yarışlarda qalib gəldi və podiumlara qalxdı, həmçinin Williams ilə əməkdaşlıq etdi. 2023-cü ildə onun irəliləyişini izləyəcəyik və F3-də nə edə biləcəyini görəcəyik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*