Nyuqarden mövsümdə 5-ci qələbəsini qazanıb

Dünən gecə okeanın o tayında İndyCar seriyasının növbəti mərhələsi baş tutub.

Bommarito Automotive Group 500 yarışının qalibi bu dəfə Penske komandasının sürücüsü Cozef Nyuqarden olub. Sent Luis ovalında qələbə qazanan Cozef turnir cədvəlində mövsümün lideri Vill Pauerlə fərqli 3 xala endirib.

Vill pouldan start alsa da, yarışı 6-cı yerdə başa vurub. Podiumu isə seriyanın debütantı Devid Malukas və Penske-nin daha bir sürücüsü Skott Maklaflin tamamlayıblar.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*