Robert Şvartsman İndyCar-da ilk testlərini keçirib

İndyCar seriyasında Chip Ganassi Racing, Dale Coyne Racing və Penske komandaları çərşənbə günü Sebrinq trasında özəl testlər keçiriblər.

F-1.az xəbər verir ki, sükan arxasında dörd sürücü işləyib, onlardan biri də Robert Şvartsman olub.

Günün qeyri-rəsmi protokoluna elə Şvartsman başçılıq edib – Chip Ganassi Racing maşınını idarə edən Robert 52.539 saniyəlik ən yaxşı nəticə ilə 86 dövrə vurub.

Dale Coyne Racing-dən Stinq Rey Robb ikinci (52.584, 77 dövrə), Chip Ganassi Racing-dən Kiffin Simpson üçüncü (52.905, 96 dövrə) və Penske-dən Deyn Kəmeron dördüncü(53.364, 74 dövrə) olub. Şvartsman və Simpson İndyCar texnikası ilə ilk dəfə işləyiblər.

Chip Ganassi Racing Robert Şvartsmanı 2024-cü ildə Aleks Palounu əvəzləyəcək namizəd kimi nəzərdən keçirib.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*