MakLaflindən mövsümdə 2-ci poul

Penske komandasının sürücüsü Skott MakLaflin İndyCar seriyasının Nəşvill şəhər trasından baş tutan sıralama turunda ən sürətli olub və 2022-ci il mövsümündə ikinci poulunu qazanıb.

Dördüncü seqmentin sonunda yenizelandiyalı sürücü həftəsonunun ən yaxşı zaman göstəricisi ilə (1:14.555) keçmiş Formula1 pilotu Roman Qrojanı 0.142 saniyə qaabqlayıb. Fransalı sürücü isə öz növbəsində 0.017 saniyə Kristian Lundqardı üstələyə bilib – Kristian təsnifat mərhələsində özünün ən yaxşı nəticəni əldə edib. Dördüncü nəticəni seriyanın son çempionu Aleks Palou, beşinci nəticəni isə McLaren-in sürücüsü Patrisio O’Vard göstərib. Nəşvilldə İndyCar yarışı bazar günü Bakı vaxtı ilə saat 23:15-də başlayacaq.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*