N.Rosberq: “Red Bull-a çatmaq mümkün deyildi”

Niko Rosberq Malayziyada üçüncü olub və finişdən sonra bildirib ki, bu nəticədən çox razı qalıb – yeni Mercedes komandasının ilk […]

Niko Rosberq Malayziyada üçüncü olub və finişdən sonra bildirib ki, bu nəticədən çox razı qalıb – yeni Mercedes komandasının ilk podiumu, amma qələbə dublu qazanmış Red Bull sürücülərində yarışda çata bilməyib. Alman sürücü sırlanma turundan sonra ikinci yerdən start alsa da, elə startdaca Fetteli irəli buraxıb…

Niko Rosberq: “Fantastik nəticədir, mən çox razıyam, düzdür start yaxşı alınmadı, özüm günahkaram: təkərlər yerində fırlandı və vaxt itirdim.

Bundan sonra başa düşürdüm ki, Red Bull sürücülərinə çata bilməyəcəm. Həm də maşın ilk hissədə yumşaq təkərlərlə özünü yaxşı aparmırdı, ona görə də Robert Kubitsadan uzaqlaşa bilmirdim – biz belə planlaşdırmamışdıq.

Bərk tərkibli təkərlərə keçdikdən sonra vəziyyət dəyişdi. Əvvəlcə mən arxadan yaxınlaşan Lyuis Həmiltona görə narahat oldum və gözləyirdim ki, o sürətli olacaq, amma Lyuis Məndən araxda gələn sürücüləri qabaqlaya bilmədi.

Çox şadam ki, bizim titul sponsorumuz olan Petronas şirkətinin vətənində podium qazana bildim. Mən bütün komandaya gərgin işinə görə təşəkkür etmək istəyirəm. amma biz hələ çox işləməliyik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*