N.Rosberq: “Fantastik nəticə!”

Williams komandası və Niko Rosberq Almaniya Qran Prisinin yekunundan razı qalıblar – dördüncü yer mövsümdə komandanın ən yaxşı nəticəsidir. Niko […]

Williams komandası və Niko Rosberq Almaniya Qran Prisinin yekunundan razı qalıblar – dördüncü yer mövsümdə komandanın ən yaxşı nəticəsidir. Niko Rosberq 15-ci yerdən start alsa da, artıq birinci dövrədə altı rəqibini keçə bilib, alman sürücü finiş xəttini 4-cü keçsə də yarışın gedişində onun maşınında nasazlıq əmələ gəlib…

Niko Rosberq: “Fantastik gündür! Mən 15-ci yerdən start aldım, düzünü desəm uğur qazanacağıma heç inanmırdım, amma birinci dövrədə fürsətdən istifadə edib 9-cu yerə qalxdım! Mənim FW31-in rəqiblərin maşınlarına nisbətən ağır olsa da, mən hücum etməkdə davam edirdim. Həm də mənim bəxtim gətirdi ki, yarışın əvvəlində Heykki Kovalaynen arxasınca böyük bir qatar toplamışdı, bunun mənə çox xeyri oldu.

Sonra maşında yanacaq sistemində nasazlıq əmələ gəldi, ona görə yarışın sonu bir qədər çətin alındı. Biz şassinin modernizəsini davam etdiririk və bu işimiz pis getmir. İndi Macarıstan yarışına hazırlaşacam, mənə elə gəlir ki, Budapeştdə biz daha yaxşı nəticəyə ümid edə bilərik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*