N.Pike və D.Patrik Daytonada debüt ediblər

Dünən keçmiş Formula1 sürücüsü Nelsinyo Pike və İndyCar-ın ulduzu Danika Patrik Amerikanın ARCA kuzov çempionatında debüt ediblər – bu çempionatda […]

Dünən keçmiş Formula1 sürücüsü Nelsinyo Pike və İndyCar-ın ulduzu Danika Patrik Amerikanın ARCA kuzov çempionatında debüt ediblər – bu çempionatda NASCAR maşınlarından istifadə olunur.

Braziliyalı sürücü üçün yarış uğursuz alınıb: o bir neçə dəfə trasadakı qəzaların iştirakçısına çevrilib, yarışın sonuna yaxın isə onun Toyota-sı Patrikin Chevrolet-sinə dəyib. Nəticədə Pike finişə çata bilməyib, amma protokollarda 27-ci yeri tutub.

Əvəzində Danika bütün yarışı inamla keçirib və finişi yüksək altıncı yerdə keçib. Gözlənildiyinə görə, bir həftə sonra Danika Patrik Daytonada daha nüfuzlu Nationwide seriyasında start alacaq – bu çempionat NASCAR-ın aşağı liqası hesab olunur…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*