15 Dekabr 2019, Bazar - 06:21

N.Pike Renault komandasını tərk edir

N.Pike Renault komandasını tərk edir

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

12:00 - 04 Avqust, 2009

Bu gün Renault komandası Nelsinyo Pikeni müqavilənin pozulması barədə məlumatlandırıb, braziliyalı sürücü mövsümün qalan yarışlarda Renault-nun sükanı arxasında oturmayacaq. Avropa […]

Bu gün Renault komandası Nelsinyo Pikeni müqavilənin pozulması barədə məlumatlandırıb, braziliyalı sürücü mövsümün qalan yarışlarda Renault-nun sükanı arxasında oturmayacaq. Avropa mətbuatının səhifələrində komanda başçısının ünvanına kəskin tənqidlər söylədikdən sonra bu addımı gözləmək olardı, komandanın məlumatından sonra Nelsinyo daha bir bəyanat yayıb…

Nelsinyo Pike: “Mən Renault F1 komandasından məlumat almışam ki, mövsümün qlaan yarışlarında çıxış etməyəcəm. Bu xəbər məni məyus etdi və mən mənimlə işləyən kiçik kollektivə minnətdarlıq etmək istəyirəm.

Digər tərəfdən, mən özümdə yüngüllük hiss edirəm – mənim karyeramın ən pis dövrü arxada qalıb, indi mən qalib gəlməyi bacaran sürətli sürücü adını özümə qaytarmağa çalışacam. Mən komanda oyunçusuyam və mənimlə əvvəllər işləmiş insanlar mənin istedadımdan xəbərdardırlar, təəssüf ki, mənim Formula1 karyerama ən çox təsir edən insan başqa fikirdə idi…

…Mən öz istedadıma inanıram, məni tanıyan hər bir kəs bilir ki, Formula1-də mənim nəticələrim mənim bacarığıma uyğun deyildi. Son iki ili mən qəribə şəraitdə keçirmişəm. Mən həmişə hesab edirdim ki, menecerin olması yaxşı faktordur. Hesab olunur ki, menecer kömək etməli və dəstək olmalıdır, məndə isə hər şey əksinə idi. Flavio mənim cəlladım idi.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 246
Teqlər
Paylaş

logo