Abdul Rahman bin Abdullatif Al Mannai: “Qətərdə artıq bir neçə aydır ki, hər şey təhlükəsizdir. Hava limanımız Asiya ilə Avropa arasında tranzit reyslər də daxil olmaqla 100% fəaliyyət göstərir. Qətərə gəlsəniz, normal həyata qayıtdığımızı görəcəksiniz. Buna görə də yenidən yarışlara ev sahibliyi etmək imkanını səbirsizliklə gözləyirik.
MotoGP-yə fəal şəkildə hazırlaşırıq, Formula1-lə danışıqlar aparırıq. Əlbəttə, əvvəlcədən görə bilməyəcəyimiz məqamlar var. Vəziyyət daim dəyişir, amma son vaxtlar burada kifayət qədər sakitdir.
Planlarımızın icrasını dayandıra bilmərik. Hazır olmalıyıq. Vəziyyəti dəyərləndirərək addım-addım irəliləyirik. Amma hələlik hər şey qaydasındadır. Hər şey plana uyğun gedir”.





