Toto Volff: “Monza və Madriddəki yarışlar bizim üçün vacib mərhələnin başlanğıcıdır. Çempionatda rəqabət o qədər yüksəkdir ki, bir neçə komandanın qələbə qazanmaq üçün real şansı var və səhvin qiyməti daha da artıb. Biz hər iki çempionatda lider mövqedəyik, amma komandamızda heç kim qarşıdakı mərhələlərin nə qədər çətin olacağı ilə bağlı illüziyaya qapılmır.
Çətinliklər elə Monzada başlayacaq. Burada Kimi güc qurğusunun dəyişdirilməsinə görə cəza alacaq və yarışa sonuncu yerdən start verəcək. Bu, həm onun özü, həm də onu doğma trasda liderlik uğrunda mübarizədə görmək istəyən azarkeşlər üçün məyusedicidir, amma bizim idmanda sentimentallığa yer yoxdur. Titul uğrunda mübarizə üçün vacib qərarlar qəbul edərkən bəzən nələrdənsə keçmək lazım gəlir. Kiminin vəzifəsi mümkün qədər çox mövqe qazanmaq və maksimum xal toplamaqdır.
Boksların digər tərəfində isə Zandfortdan sonra yaxşı formada olan Corc həftəsonunun ilk anlarından etibarən rəqiblərə qarşı mübarizə aparmağa çalışacaq.
Monzada çox enerji tələb olunur. Dövrənin böyük hissəsində siz güc qurğusundan maksimumu sıxıb çıxarırsınız və batareyanı doldurmaq üçün elə də çox imkanınız olmur. Mövcud reqlament şəraitində bu, kompromis axtarmağa məcbur edəcək. Hamımızı asan olmayan bir sınaq gözləyir, ona görə də həftəsonunun kifayət qədər maraqlı alınacağı şübhə doğurmur”.





