L.Həmilton: Çətin mövsüm olacaq

Mercedes komandasının sürücüsü Lyuis Həmilton yeni mövsümün çətin keçəcəyini düşünür.

F-1.az xatırladır ki, Formula1 üzrə 2020-ci il mövsümü səkkizaylıq fasilədən sonra Avstriyada start götürəcək. Komandalar əvvəl Avropada 8 yarışa çıxacaqlar və üç həftədə üç yarış keçirəcəklər. Gərgin təqvimdən başqa bokslardakı bütün işçilər maska taxmalı, məsafə saxlamalı və gigiyena qaydalarına əməl etməlidirlər. Bütün işçilər otel və tras marşrutu ilə hərəkət edəcəklər.

Lyuis Həmilton: “Çətin günlərə və gigiyenik qaydalara görə Formula1-in ən çətin mövsümü olacaq. Buna görə də yeni mövsümə əlimizdən gəldiyi qədər yaxşı hazırlaşmağa çalışırıq. Son aylarda komandaya və mənə kömək edən hər kəsə təşəkkür edirəm.

Azarkeşlər üçün darıxacağam. Boş tribunalar önündə yarışmaqdan həzz almayacam. Özümü yalnız hiss edəcəm. Amma bilirəm ki, onlar bizi dəstəkləyəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*