Norfolkda Lotus-un bazası açılıb

Bu gün səhər Britaniyanın Norfolk qraflığının Hinqhəm şəhərciyində Lotus Racing komandasının bazasının rəsmi açılış mərasimi keçirilib. Mərasimdə Malayziyanın keçmiş baş […]

Bu gün səhər Britaniyanın Norfolk qraflığının Hinqhəm şəhərciyində Lotus Racing komandasının bazasının rəsmi açılış mərasimi keçirilib. Mərasimdə Malayziyanın keçmiş baş naziri, Asiyanın ən mötəbər siyasi xadimlərindən biri Tun Mahatir iştirak edib. Məhz onun ölkəyə rəhbərlik etdiyi illərdə Sepanq avtodromu tikilib və milli Qran Pri keçirilməyə başlayıb.

Mərasimdə komandanın başçısı Toni Fernandes, onun müavinləri Kamarudin Meranun və S.M.Nasarudin və komandanın texniki direktoru Mayk Qaskoyn da iştirak ediblər. Komandanın mətbuat xidmətinin verdiyi xəbərə görə, Tun Mahatir Lotus-un bazasına ekskursiya edib, hətta T127-nin kokpitində də oturub və motoru işə salıb…

Toni Fernandes: “Tun Mahatirin Norfolka səfər etməsi və Lotus-un bazasının rəsmi açılışında iştirak etməsi həm bizim üçün, həm də bütün komanda üçün böyük şərəfdir. Onu Malayziya avtoidmanının atası hesab edirlər, o bizim layihənin təəssübkeşi idi və biz fəxr edirik ki, bu gün o bizim qonağımızdır.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*