A.Cons: Formula1-də yaxşı insanlar qabağa gedə bilmir

Formula1 üzrə 1980-ci ilin Dünya Çempionu Alan Cons düşünür ki, Daniel Rikkardonun Mclaren karyerasının bitməsinə az qalıb.

F-1.az xatırladır ki, avstraliyalı sürücü McLaren-də istənilən kimi çıxış etmir. Bundan komandanın rəhbəri Zek Braun da təngə gəlib və artıq sürücünü açıq formada tənqid edir.

Alan Cons: “Danielin McLaren-dəki gələcəyi hazırda şübhə altındadır. Əgər performansını yaxşılaşdırmada, orada uzun müddət qala bilməyəcək. O, əla sürücüdür və yaxşı insandır. Ancaq hamımız bilirik ki, yaxşı insanlar Formula1-də uğurlu olmurlar. Nə qədər keyfiyyətsiz adam olsanız, Formula1 üçün o qədər yaxşıdır. Tarixdə də bunu təsdiqləyən nümunələr var”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*