K.Rəykkönen: “Mənə trafik mane oldu”

Bu gün Ferrari komandası üçün uğurlu olub: Felipe Massa finiş xəttində dördüncü, Kimi Rəykkönen isə səkkizinci olub. Amma yarışın əvvəlində […]

Bu gün Ferrari komandası üçün uğurlu olub: Felipe Massa finiş xəttində dördüncü, Kimi Rəykkönen isə səkkizinci olub. Amma yarışın əvvəlində finlandiyalı sürücü əla start alıb və doqquzuncu yerdən yarışa başlasa da birinci dövrəni beşinci başa vurub. Amma bundan sonra və hər dəfə pits-topdan çıxdıqda onun qarşısında yavaş maşınlar olub…

Kimi Rəykkönen: “Mən yaxşı start aldım, amma bundan sonra daim trafikdə getməli oldum və maşının sürətini realizə edə bilmədim. Əlbəttə, start mövqeyimi və yanacağın miqdarını nəzərə alsaq, mənim tektika seçimim məhdud idi.

Birinci pitdən sonra Trullinin arxasına düşdüm və bununla da yarış mənim üçün başa çatdı. Mən onu keçməyə çalışsam da bu trasda bunu etmək çətindir. Yarışın sonuna yaxın isə Qlokun hücumlarını dəf etməli oldum, amma bu elə də problem olmadı – həm KERS kömək edirdi, həm də maşın sürətli idi.

Heyif ki, daha yüksək yer tuta bilmədim, xüsusən də birinci uğurlu dövrəni nəzərə alsaq. Bir xal seviməyə səbəb verməsə də, sıfır xaldan yaxşıdır. Maşın özünü dünənə nisbətən yaxşı aparırdı.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*