L.Həmilton: “Maşınların sürəti aşağı düşəcək”

Britaniyanın Guardian qəzetinə müsahibəsində Lyuis Həmilton ümumi təəssüratı təsdiq edib – Pirelli təkərlərinə keçid Formula1 maşınlarının sürətini azaldacaq… Lyuis Həmilton: […]

Britaniyanın Guardian qəzetinə müsahibəsində Lyuis Həmilton ümumi təəssüratı təsdiq edib – Pirelli təkərlərinə keçid Formula1 maşınlarının sürətini azaldacaq…

Lyuis Həmilton: “Uzun məsafədə maşın sürətini itirir. Keçən il yarışın ilk dövrələrində dolu baklarla biz ehtiyatla davranırdıq ki, təkərlər çox yeyilməsin, amma bu il sürətlər onsuz da düşəcək. Testlərdə mən səliqəli sürsəm də təkərlər yeyilirdi, həm də bu maraqlı deyildi.

Kəskin hücum etməsəm də, cəmi 9-10 dövrədən sonra təkərlər tam yeyilir. Növbəti dəfə mən lap ehtoyatla davrandım, bu dəfə maksimum 15-16 dövrə vura bildim, amma “tısbağa” məndən sürətli idi.

Son illər biz maşını sürmə stilimizi bir neçə dəfə dəyişmişik, amma hər dəfə sürətimizi və aqresivliyi saxlaya bilirdik, amma bu il biz daha çox təkəri qorumağa çalışacayıq – bu faktor həlledici olacaq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*