Williams yeni FW34-ü təqdim edib

Bu gün səhər Xeres avtodromunda Williams komandası yeni FW34 maşınını təqdim edib. Maşının burun elementində mövsümə xas olan “pillə” görünür, […]

Bu gün səhər Xeres avtodromunda Williams komandası yeni FW34 maşınını təqdim edib. Maşının burun elementində mövsümə xas olan “pillə” görünür, arxa hissəsi isə çox səliqəli və kompaktdır.

Williams-ın ənənəvi rəng çalarları da dəyişməyib: tünd mavi və ağ rənglər üstünlük təşkil edir. Gözlənildiyi kimi təqdimat mərasimi qısa və formal olub, komandanın meneceri Dik Stənford Pastor Maldonado və Bruno Sennanı təqdim edib, sürücülər FW34-ün yanında şəkil çəkdiriblər, sonra hamı bokslara çəkilib və testlərə hazırlaşmağa başlayıblar…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*