Mercedes Kanadaya yeni mühərrik gətirəcək

Mövsümə ardıcıl 6 qələbə ilə başlayan Mercedes komandası Kanadaya yeni güc qurğusu gətirəcək.

F-1.az xatırladır ki, “gümüşü oxlar” ilk 6 yarışın 5-də qələbə dublu, 1-də isə dubl podium qazanaraq, Formula1 tarixinin ən güclü başlanğıcını ediblər. Uğurlu seriyanı davam etdirmək istəyən Almaniya təmsilçisi mövsümün yeddinci yarışı olan Kanadaya yeni mühərriklə gələcək. Bu xəbəri komandanın britaniyalı sürücüsü Lyuis Həmilton da təsdiqləyib.

Qeyd edək ki, Ferrari ikinci mühərriyə Barselonada, Red Bull isə Bakıda keçib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*