Zak Braun: Fornarolinin Formula1-də şansı var

Leonardo Fornaroli ötən ilin dekabrında McLaren-in gənclər proqramına qoşulub və o vaxtdan bəri bir neçə dəfə Formula1 maşınlarının testlərində iştirak edib - həm əvvəlki illərin bolidləri ilə, həm də Barselona və Macarıstanda ilk sərbəst yürüşlər zamanı aktual maşınlarla.

21 yaşlı italiyalının sürəti komanda rəhbərliyində böyük təəssürat yaradıb və yayılan şayiələrə görə, o, gələn il Haas-da Esteban Okonu əvəz edə bilər. McLaren Racing-in rəhbəri Zak Braun nikbin mövqedədir. Fornarolinin özü də perspektivləri barədə nikbin danışıb.

Leonardo Fornaroli: “Bəli, şans var, biz onu reallaşdırmağa çalışırıq, amma hazırda bütün diqqətim gördüyüm işə yönəlib. Qarşıda görüləsi çox iş var.

Formula1 tamamilə başqa dünyadır. Peşəkar yarışçı karyeran məhz burada başlayır. Burada heyət daha çoxdur, iş daha çoxdur, təzyiq xeyli yüksəkdir, amma bu, mənim xoşuma gəlir.

Mövsümün ikinci yarısı üçün böyük planlarımız var. Daha çox test, daha çox cümə məşqləri, simulyatorda daha çox saat. Həm də Lando və Oskarla işləmək üçün daha çox imkan – onlardan öyrənməli olduğum çox şey var”.

,