Z.Braun: “Bizim Honda ilə uzunmüddətli müqaviləmiz var”

McLaren və Honda artıq üçüncü ildir ki, əməkdaşlıq edirlər. Əvvəlki iki ildə gözlənilən nəticələr əldə olunmayıb. Bu il isə qış testlərində motorun dəfələrlə dəyişdirilməsi də bir sıra söz-söhbətlərə yol açıb. Fernando Alonsonun yeni motoru tənqid etməsi isə vəziyyəti daha da gərginləşdirib. McLaren-in başqa motor təchizatçısı ilə işləyəcəyi barədə şayiələr gəzir.

F-1.az xəbər verir ki, bütün bunlara baxmayaraq, McLaren Group-un rəhbəri Zek Braun isə Honda ilə uğur qazanacaqlarına inanır…

Zek Braun: “Bizim uzunmüddətli müqaviləmiz var. McLaren və Honda birlikdə heç də az titul qazanmayıblar. Bizim yaxşı mütəxəssislərimiz var və birlikdə güc qurğusunun təkmilləşdirilməsi üçün çalışırıq. McLaren müqavilənin şərtlərinə əməl edir və bunu yarımçıq saxlamayacaq. Honda-nın idmandan gedəcəyini düşünmürəm. Biz komandanı liderlər qrupuna qaytarmaqdan başqa heç bir şey barədə danışmırıq.

Komandanın yarış direktoru Erik Bulye və Honda Motorsport-un başçısı Yusuke Haseqavanın dünənə planlaşdırılan mətbuat konfransı ləğv edilib. Lakin Braun komandada böhranın olmasını təkzib edir: “Aydın məsələdir ki, bizdə bəzi problemlər var, lakin böhranda deyilik. Melburnda bizim üçün asan olmayacaq. Çətin ki, ilk yarışı nəzərdə tutduğumuz yerlərdə bitirə bilək. Lakin Honda-dan məni əmin ediblər ki, ən yaxşı mühərriyi almamız üçün əllərindən gələni edəcəklər. Biz problemlərin nə ilə bağlı olduğunu bilirik və həll edəcəyik. Biz hər gün inkişaf görürük və bu, çox vacibdir. Honda çox işləyir”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*