R.Qrojan Lotus-da qalır

Roman Qrojan Lotus komandasında daha bir il keçirəcək: bu gün komandas təsdiq edib ki, Roman 2013-cü ildə Kimi Rəykkönenə yoldaşlıq […]

Roman Qrojan Lotus komandasında daha bir il keçirəcək: bu gün komandas təsdiq edib ki, Roman 2013-cü ildə Kimi Rəykkönenə yoldaşlıq edəcək.

Roman Qrojan: “Çox yaxşıdır ki, mən 2013-cü ildə Lotus-da qalacam, xoşdur ki, Ənstounda hamı məni dəstəkləyir. Biz Avstraliyada starta çıxarkən mən bu etimadı doğrultmaq istəyirəm.

Formula1-də ilk tam mövsüm mənə çox şeyi öyrətdi və mənim məqsədim bu dərsləri praktikada tətbiq etməkdir – gələn il daha güclü və stabil olmaqdır.

Komandanın bazasında gərgin iş gedir və E21-lə bağlı perspektivlər məni ruhlandırır. Mən artıq oturacaq nümunəsi vermişəm və əməkdaşlarla söhbət etmişəm.”

Erik Bulye: “Roman istedadlı sürücüdür, biz şadıq ki, o gələn il bizimlə əməkdaşlığını davam etdirəcək. Kimi və Roman kimi iki güclü sürücü ilə 2012-ci ilin nailiyyətlərinə əsaslanaraq biz yeni mövsümdə daha yüksək nəticələrə ümid edə bilərik.

Hər iki sürücü yaxşı yoldaşlıq edir və məncə, 2013-cü ildə daha yaxşı çıxış etməyimiz üçün kifayət qədər potensialımız var. Biz mütəmadi olaraq podiuma qalxırdıq və bu ənənəni gələn il davam etdirmək fikrindəyik.”

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*