D.Kvyat gələn il yarışmağa ümid edir

Rusiya Qran Prisindən sonra Red Bull-dan Toro Rosso-ya göndərilən sürücü yeni komandada istədiyi nəticələri ala bilmirdi və komandanın gələn mövsüm üçün onun əvəzinə başqa sürücü ilə yarışmaq istədiyi danışılırdı.

F-1.az xəbər verir ki, son yarışlarda nisbətən yaxşı çıxış edən rus pilot bunun gələn il də komandada qalmağa təsiri olacağına ümid edir.

Daniil Kvyat: “İndi ancaq işimi görürəm, gələn il barədə düşünmürəm. Belə yarışmağa davam edəcəyəm və ümid edirəm ki, qalmağım üçün kifayət edəcək. Hazırda hər şey yolundadır. Qarşıda hələ bir neçə yarış var və vəziyyət, deyəsən, normallaşır. Artıq həm maşında, həm də maşından kənarda çox rahatam”.

Bu mövsüm kimin çempion olacağı barədə verilən sualı Kvyat belə cavablandırıb: “Qumar oynayası olsaydım, Nikonun qələbəsinə pul qoyardım, amma nələrin baş verəcəyini əvvəlcədən bilmirik…”

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*