14 Oktyabr 2019, Bazar ertəsi - 02:44

Bəhreyndən ötmələr rekordu

Bəhreyndən ötmələr rekordu

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

09:10 - 30 Aprel, 2012

Arxada qalan Bəhreyn Qran Prisi yarışların baxımlılığının artırılması yolunda Formula1 islahatlarının faydalı olmasını sübut edib: Saxir avtodromunda 43 “təmiz” ötmə […]

Arxada qalan Bəhreyn Qran Prisi yarışların baxımlılığının artırılması yolunda Formula1 islahatlarının faydalı olmasını sübut edib: Saxir avtodromunda 43 “təmiz” ötmə qeydə alınıb.

Builki Bəhreyn yarışı trasın yeni rekorduna imza atıb: əvvəlki rekord 2006-cı ildə 36 ötmə təşkil edirdi və bu ötmələrdən çoxu 22-ci yerdən start alaraq finişdə 3-cü yeri tutmuş, o zaman McLaren komandasının sürücüsü olan Kimi Rəykkönenə məxsus idi. Bir həftə əvvəl isə biz 2007-ci ilin dünya çempionundan daha bir gözəl yarış gördük: 11-ci yerdən start alan finlandiyalı sürücü liderlik uğrunda mübarizə apararaq yarışı 2-ci yerdə başa vurdu.

Müqayisə üçün deyək ki, 2010-cu ildə Bəhreyn tarsında cəmi 16 ötmə qeydə alınmışdı…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 393
Teqlər
Paylaş

logo