Nil Holdi: Ən yaxşı sürücülər elə ən yaxşı olaraq qalacaqlar

Bir çoxu hesab edir ki, 2026-cı il reqlamenti sürücülərin ustalığının rolunu azaldacaq və mübarizənin taleyi daha çox batareyadan asılı olacaq, amma McLaren Applied Engineering-in texniki direktoru Nil Holdi bununla razı deyil…

Nil Holdi: “Əslində, Formula1-in ən yaxşı sürücüləri nə etməli olduqlarını çox yaxşı anlayırlar. Onlar yenə də daha sürətli olacaqlar. Ola bilsin, vəziyyət o mənada dəyişib ki, indi sadəcə maksimum sürətlə getmək yox, buna necə nail olacağını da düşünmək lazımdır.

Məsələn, Spadakı yarışı götürək. Orada Oskar həqiqətən enerjidən istifadə ilə bağlı bir qədər fərqli sxem almışdı və buna görə də 0.1-0.2 saniyə itirmişdi, amma buna baxmayaraq, Landonun arxasında qala bilmişdi. Beləliklə, sürücülərin ustalığı həm dövrə vaxtına, həm də yarışın gedişinə əvvəlki kimi nəzərəçarpacaq təsir göstərir.

Sonda, mövsümün məsafəsində hər şey balanslaşacaq. Əlbəttə, ayrı-ayrı yarışda və ya sıralanma turunda bu və ya digər sürücü əlverişsiz vəziyyətdə qala bilər, amma mən yenə də hesab edirəm ki, mövsümün sonunda ən yaxşı sürücülər ən yüksək yerləri tutacaqlar”.