Cümə günü Zandfortda hava yağışlı və sərin olacaq – gündüz temperatur +20 dərəcəyədək yüksələcək.
Şənbə günü dəyişkən buludlu hava, yenidən yağış və +19 dərəcə gözlənilir.
Yarış günü yağıntı ehtimalı 20%-ə enəcək, hava günəşli olacaq, lakin temperatur yenə də +20 dərəcəni keçməyəcək.
Ötən il Zandfortda şənbə məşqi, sıralanma turu və yarış quru trasda baş tutmuşdu.





