N.Haydfeld Mercedes GP-nin test sürücüsü olacaq?

Almaniyanın Bild qəzetinin Mercedes GP komandası barədə son aylarda verdiyi bütün xəbərlər bir müddət keçdikdən sonra doğrudan da təsdiq olunur, […]

Almaniyanın Bild qəzetinin Mercedes GP komandası barədə son aylarda verdiyi bütün xəbərlər bir müddət keçdikdən sonra doğrudan da təsdiq olunur, çox güman ki, qəzetin son xəbəri də tezliklə təsdiqini tapacaq: Nik Haydfeldin meneceri Andre Toyetsart jurnalistlərə bildirib ki, sürücü karyerasını başa vurmaq qərarına gəlib və 2010-cu ildə alman komandasının ehtiyat və test sürücüsü olacaq.

Hələ Mercedes GP komandası Mixael Şumaherlə müqaviləsini təsdiq etməzdən əvvəl şayiələr gəzirdi ki, Haydfeld Niko Rosberqə komanda yoldaşlığı edəcək, amma indi müqavilə digər şərtlərlə bağlana bilər…

Andre Toyetsart: “Nik test sürücü kimi işini davam etdirmək və komandanın əsas sürücülərini dəstəkləmək üçün öz təcrübəsindən istifadə etmək istəyir…”

Müqavilə yanvarın 25-inə təyin olunmuş rəsmi təqdimat zamanı təsdiq oluna bilər…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*