Komandalar yanacaqdoldurmaların qaytarılmasını müzakirə edəcəklər

Bazar ertəsi Strateji Qrupun iclası baş tutacaq. İclasda 2017-ci il reqlamentinə dəyişikliklər və yarışları daha baxımlı etmək tədbirləri müzakirə olunacaqlar. Britaniyanın BBC telekanalının əldə etdiyi məlumata görə, maraqlı təkliflərlə yanaşı Berni Ekklstoun, Jan Todt və altı komandanın nümayəndələri yanacaqdoldurmaların qaytarılmasını da müzakirə edəcəklər...

Yanacaqdoldurmalar Formula1-də 2009-cu ilin sonunda məsrəflərin azaldılması və təhlükəsizliyin artırılması baxımından qadağan olunmuşdu. Keçən il aparılan genişmiqyaslı tədqiqatlar göstərmişdi ki, onların qaytarılması neqativ effekt doğuracaq, ona görə də bu fikirdən vaz keçmişdilər. Amma Ferrari şirkətinin prezidenti Sercio Markionne və çempionatın kommersiya başçısı Ekklstoun yanacaqdoldurmanı qaytarmaq istəyirlər, ona görə də bazar ertəsi müzakirələr davam edəcək.

BBC yüksək vəzifəli məmura istinadən bildirir ki, “yarışları daha baxımlı etmək üçün bizi istənilən qərar qane edəcək, yarışlar belə darıxdırıcı ola bilməz – yarışın nəticəsini əvvəlcədən söyləmək mümkündürsə, deməli, nəsə etməliyik”.

BBC-nin digər mənbəsi isə tam fərqli mövqedən çıxış edib: “Bu qərar bizim əleyhimizə ola bilər. Bir çox təkliflər rədd olunur, bir müddət keçir və yenə də həmin təklif müzakirəyə çıxarılır”.

Buna baxmayaraq, FİA-nın prezidenti Jan Todt Birmingemdə jurnalistlərlə görüşündə təsdiq edib ki, bu təklif müzakirə olunacaq: “Bəli, bu doğurudur. DÜzdür, mən təklifin qəbul olunmasına şübhə edirəm, amma biz iclasda bu mövzuya qayıdacayıq. Yəni yanacaqdoldurmanın qadağan olunmasının düzgünlüyünü araşdırmalıyıq.

Siz bilirsinizmi ki, niyə qadağan olunmuşdu? Cəmi bir dənə avadanlğın mövsümün gedişində daşınması xərcini ləğv etmək üçün. Bu daşınma isə cəmi 50 min avro idi. Mən qənaətin tərəfdarıyam, amma bu cür xərclər Formula1-in xərc dənizində bir damcıdır. İstənilən halda, biz yanacaqdoldurmanın yarışların baxımlığına təsirini öyrənməliyik…”

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*