N.Haydfeld: “Bu mənim yaxşı yarışlarımdan biri idi”

Səhər komanda Nik Haydfeldin 32 yaşını kiçik mərasimlə qeyd etmişdi, Nik özü isə ad gününü yaxşı yarışa bayram edib. Artıq […]

Səhər komanda Nik Haydfeldin 32 yaşını kiçik mərasimlə qeyd etmişdi, Nik özü isə ad gününü yaxşı yarışa bayram edib. Artıq startda alman sürücü dörd mövqe irəiləyib və nəticədə yarışı yeddinci yerdə başa vurub…

Nik Haydfeld: “Bu mənim yaxşı yarışlarımdan biri idi. Ad günümdə mən bir neçə xal toplamğa ümid edirdim, amma on üçüncü yerdən start alırdım və uğurlu finişə ümidim az idi. Amma startda dörd mövqe qazandım, birinci döngədə arxadan güclü zərbə aldım, xoşbəxtlikdən maşına heç nə olmadı. Mən uzun müddət Kimi Rəykkönenin hücumlarını dəf edirdim və rəqiblər uzağa getdilər, amma ikinci pit-stop zamanı mexaniklərimiz əla işlədilər və məni Rosberqdən qabaq trasa qaytardılar.

Nəticə doğrudan da pis olmadı – yeni aerodinamika irəliyə doğru böyük addımdır, bu yaxşı xəbərdir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*